Tarix: 03.10.2024 / 18:35
Xaricdə yaşayan azərbaycanlıların buna ehtiyacı var idi   - Millət vəkili

Xaricdə yaşayan azərbaycanlıların buna ehtiyacı var idi - Millət vəkili

“Hesab edirəm ki, belə bir Fərmanın imzalanması önəmlidir. Bu dövlətimizin xaricdə yaşayan azərbaycanlı soydaşlarımıza diqqətinin növbəti bir göstəricisidir”.

Bu sözləri Diaspora.TV-yə millət vəkili Ceyhun Məmmədov Prezident İlham Əliyevin “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi ilə bağlı Fərmanını şərh edərkən deyib.

Deputat bildirib ki, xarici ölkələrdə çoxlu sayda azərbaycanlılar yaşayır:

“Onların Azərbaycan dövlətinin qayğısına, diqqətinə böyük ehtiyacı var. Ona görə də bu istiqamətdə addımların atılması çox önəmlidir və həm də təqdirəlayiqdir. Biz çalışmalıyıq ki, bu istiqamətdə prosesə töhfə verək”.

Ceyhun Məmmədov əvvəlki Əsasnamədə xaricdə yaşayan azərbaycanlılarla bağlı addımların atılmasının qeyri-mümkün olduğunu vurğulayıb:

“Amma bu gün dövlətimiz güclənib, biz yeni bir dövrə, mərhələyə qədəm qoymuşuq. Belə bir qərarın qəbul edilməsi vacib və önəmli idi. Yəni, bu bizə imkan verəcək ki, xaricdə yaşayan azərbaycanlılara dövlətin qayğısı artsın. Biz onlara daha çox dəstək və yardım edə bilək”.

Deputat xaricdə yaşayan azərbaycanlıların buna ehtiyacı olduğunu xatırladıb:

“Onlar bu istiqamətdə dövlətin dəstəyini gözləyirlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...