Tarix: 27.06.2024 / 11:00
Xaricdə yaşayan azərbaycanlılara ən önəmli tapşırıq...   - Aqil Ələsgər

Xaricdə yaşayan azərbaycanlılara ən önəmli tapşırıq... - Aqil Ələsgər

“Xarici jurnalistlərin Azərbaycana dəvəti çox müsbət bir haldır. Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərlə görüşdə hər zaman qarşıya qoyduğu ən prioritet məsələlərdən biri də xarici media ilə əlaqələrdir. Dünya Azərbaycanlılarının Qurultayında da xaricdə yaşayan azərbaycanlılara ən önəmli tapşırıq xarici media qurumları, qeyri-hökumət təşkilatlları ilə əlaqələrin qurulması idi”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib. Onun fikirincə, bu gün Azərbaycanda Qarabağ savaşı bitsə də dünyada informasiya savaşı davam edir:

“Bu savaşın davam etdiyi müddətdə xarici media və blogerlərlə əlaqə zəruridir. Bu istiqamətdə Azərbaycan dövləti, Media İnkişaf Agentliyi, Mətbuat Şurası da intensiv fəaliyyət göstərir. Hər il Şuşada keçirilən “Şuşa Qlobal” Forumuna, eyni zamanda il ərzində keçirilən müxtəlif tədbirlərə xaricdən media mənsubları, blogerlərin dəvət olunması Azərbaycan mediasının beynəlxalq media ilə əlaqələrinin inkişafına xidmət edir. Bu eyni zamanda Azərbaycanın informasiya savaşındakı ən önəmli istehkamlarından biridir”.

A.Ələsgər hesab edir ki, bu yöndə fəaliyyət daha da intensivləşdirilməlidir:

“Bundan başqa beynəlxalq təcrübələr öyrənilməlidir. Türk dövləti təşkilatları ilə olan əlaqələr daha da sıxlaşdırılmalıdır. Biz xüsusi ilə Türkiyənin beynəlxalq media təcrübəsini öyrənməliyik. Bu ümumi işin xeyrinə olan proseslərdəndir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...