Tarix: 05 Aprel 2024 10:30 | Baxış sayı: 422
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı?  – Ekspert AÇIQLADI

Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI

Vətəndaşları xaricdə yaşamasına rəğmən, əksər dünya ölkələri öz ali təhsil müəssisələrində onlar üçün sərfəli güzəştlər təqdim edirlər. Həmin vətəndaşlar ölkə sərhəddindən kənarda yaşamasına baxmayaraq, doğma vətənlərində də təhsil almaq imkanından yararlanırlar. Bir sıra diaspor təşkilatları da xaricdə yaşayan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlər tətbiq edilməsi üçün təkliflər irəli sürürlər. Bəs, görəsən bu prosesin həyata keçməsini ekspertlər necə qiymətləndirir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elvin Bədirli Diaspora.TV-yə açıqlamasında bildirib ki, Azərbaycan universitetlərinə qəbul olmaq üçün şagirdlərimiz çox ağır imtahan prosesindən keçirlər.

“Tələbə adını qazanmaq ölkə vətəndaşımız olan azərbaycanlılar üçün asan başa gəlmir. Şərtlərin belə olduğu halda qeyri-ölkələrin vətəndaşı olan azərbaycanlılar üçün müxtəlif güzəştlərin tətbiq edilməsi, düşünürəm ki, doğru deyil”, - deyə o qeyd edib.

E.Bədirlinin fikrincə, istisna gənclər üçün müxtəlif güzəştlər tətbiq oluna bilər:

“Belə ki, bacarıqlı və təhsil göstəriciləri yüksək olan şəxslər müxtəlif güzəştlərdən yararlana bilərlər. Yüksək qabiliyyətli, bacarıqlı, təhsil göstəriciləri ilə fərqlənən, başqa ölkələrin vətəndaşı olan azərbaycanlılara güzəştlərin artırılması, ali təhsil almanın asanlaşdırılması müsbət hal olar”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır