Tarix: 31.07.2024 / 10:31
Xaricdə yaşayan azərbaycanılara çağırış edilsə...   - Siyasi şərhçi

Xaricdə yaşayan azərbaycanılara çağırış edilsə... - Siyasi şərhçi

“İnanıram ki, xaricdə yaşayan azərbaycanılara çağırış edilsə, bu çağırışa minlərlə insandan müsbət cavab gələcək”.

Bunu Diaspora.TV-yə siyasi şərhçi Rəsul Mirhəşimli bildirib. O, bir neçə ildir ki, Qarabağa qayıdış başladığını bildirib:

“Rayonlarda məskunlaşma prosesi sürətlə gedir. Bu prosesin genişlənməsini yaxın zamanlarda tikintisi gedən başqa yaşayış məskənlərində də görə biləcəyik. Torpaqlarımız azad olunandan sonra əhalinin əksəriyyəti bir zamanlar yaşadığı yerlərdəki evlərini özlərinin tikməsini təklif etdilər. Bu təkliflər xaricdə yaşayan həmyerlilərimizdən də gəlir. Mənimlə yazışan ABŞ-da və Avropada yaşayan həmyerlilərim bu prosesdə yaxından iştirak etmək istədiklərini dəfələrlə deyiblər. Məncə, xaricdəki soydaşlarımızı bu prosesə qoşmaq məskunlaşmanı bir qədər də sürətləndirə bilər. Yaşayış məntəqələrinin ümumi layihəsindən kənara çıxmamaq şərti ilə bu adamlara həmin rayonlarda tikinti aparmağa şərait yaradılmalıdır. Bu zaman dövlətin də yükü bir qədər azalar”.

R.Mirhəşimli hesab edir ki, belə olan halda əhali də daha sürətlə öz torpaqlarına qayıda bilər:

“Bir məsələni xüsusi olaraq diqqətdə saxlamaq lazımdır. Bu da Ermənistanla sərhəd kəndlərimizin bərpası ilə bağlıdır. Bəllidir ki, delimitasiya işləri başa çatmadığı, sülh müqaviləsi imzalanmadığı üçün sərhədlərin necə müəyyən olunacağı bəri başdan söyləmək çətin olur”.

Siyasi şərhçi bildirib ki, bir zamanlar sərhəd kəndlərdə yaşayan əhalinin öz torpaqlarına qayıtması üçün bu işlərə də start verilməlidir:

“Daha müasir, möhtəşəm kəndlərin tikintisi Ermənistanın iqtisadi qüdrəti qarşısında bir qədər də zəif duruma salacaq. Həm bu kəndlərin insanlarının öz dədə-baba yurdlarına qayıtması üçün, həm də ermənilərə göz dağı vermək üçün bu proses müsbət əhəmiyyət kəsb edə bilər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...