Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) azərbaycanlı gənclərə “Xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək” adlı layihəsinin ilk qalibləri artıq dünyanın müxtəlif ölkələrində dərslərə başlayıblar.
Layihənin qalibi olan gənclər Diaspora.TV-yə müsahibə veriblər.
Növbəti müsahibimiz isə Cəlal Abasov olub.
C.Abasov “University College London”da Nəqliyyat və Mobillik Sistemləri üzrə magistr dərəcəsində təhsil almaq imkanı qazanıb.
Xatırladaq ki, birinci mərhələdə Fonda ümumilikdə 325 nəfər müraciət etmişdi. Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc seçilmişdi. 30 gəncin də arasından Fondun Təhsil layihəsi 10 tələbə qazandı. Seçilmiş 10 nəfərdən (2-si müəyyən səbəblərdən gedə bilməyib) 8-i artıq dünyanın ən nüfuzlu universitetlərində DABF-ın təhsil layihəsindən istifadə edir.