Tarix: 23.12.2024 / 12:15
Xaricdə təhsil alan həkimlərimiz    ölkəyə qaytarılır?

Xaricdə təhsil alan həkimlərimiz ölkəyə qaytarılır?

“Xaricdə təhsil alan həkimlərin vətənə qayıtmasıyla bağlı işlərə başlanılıb”.

Diaspora.TV xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında deyib.

“Xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlayırıq. İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur”. - deyən V.Qurbanov əlavə edib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar:

“Həkimlərin sayı və hansı bölgədə çalışmaları ilə bağlı pilot layihə işə düşəndə dəqiq açıqlama veriləcək. Söhbət ilk növbədə cərrahi tibbi xidmətin qurulmasından gedir”.

TƏBİB sədri, həmçinin gələn ilin sonuna kimi bütün ölkə ərazisində xaricdə oxuyan həkimlərin işləyəcəyinə ümid etdiyini bildirib. O bildirib ki, son illər Azərbaycan səhiyyəsi inkişaf səviyyəsi yaşayır. Yeni xəstəxanaların tikilməsi, yenidənqurulması geniş vüsət alıb.


Şərhlər

Yaz...