Tarix: 27.06.2024 / 13:10
Xaricdə filmlərin göstərilməsi üçün iş görən diaspor təşkilatları yoxdur   - Kinorejissor

Xaricdə filmlərin göstərilməsi üçün iş görən diaspor təşkilatları yoxdur - Kinorejissor

“Bu gün istər müstəqil kinonun, istər dövlət büdcəsindən ayrılan maliyyə ilə çəkilən filmlərin içərisində beynəlxalq səviyyədə olacaq filmlərimiz var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında kinorejissor Elvin Adgözəl deyib. O hesab edir ki, kino sənət adamı həm də bir ölkənin varlığını sübut edir:

“Dünyaya nəzər salanda Flippin kinosunda Lino Broçka olmasa idi, istər Avropada, istər okeanın digər tayında Flippin barədə təsəvvür bu qədər olmayacaqdı. Beynəlxalq şəkildə nümayiş olunacaq filmlərimiz çoxdur, amma bu gün diaspor təşkilatları yoxdur ki, doğurdan da xaricdə filmlərin göstərilməsi üçün iş görsün”.

E.Adgözəlin fikirincə, bunun üçün kinoya yaradıcı aspektdən yanaşan rəhbər şəxslər təyin olunmalıdır:

“Və eyni zamanda kino adamlarının hər birini dinləyərək, müzakirə edib, qərarlar qəbul edən və dövlət rəhbərliyinə kino üçün bütün maneələrin aradan qaldırılması üçün müraciət edəcək kino naziri, kino məmurları lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...