Tarix: 27.08.2024 / 11:01
Xanım müğənni azərbaycanlılardan    ötrü darıxıb

Xanım müğənni azərbaycanlılardan ötrü darıxıb

Müğənni İrina Dubtsova 4 ildir pandemiya səbəbindən Azərbaycanda olmayıb - uzun fasilədən sonra ilk çıxışı “Dream Fest”də olub.

Diaspora.TV xəbər verir ki, o, Moskva-Baku portalına Bakının ruhundan və Azərbaycanda keçirdiyi unudulmaz görüşlərdən şövqlə danışır...

- Azərbaycana ilk səfərim 2004-cü ildə olub. Bu gün gördüyüm dəyişikliklər sadəcə heyrətamizdir. Paytaxtın görkəmi çox dəyişib, lakin qədimlik ruhu hələ də qorunub saxlanılır. Bakıda olarkən nəinki bəzi yeniliklərdən həzz almaq, həm də qədim küçələrdə dolaşmaq istəyirsən. Uzun müddətdir İçərişəhərə getmədiyim üçün təbii ki, ilk işim ora getmək oldu. Bu dəfə bir çox yeni yerləri ziyarət edə bildik.

İrina xanım Azərbaycanla bağlı təəsüratlarını belə bölüşür:

“Mən Bakıya sonuncu dəfə pandemiyadan əvvəl uçmuşdum, geri qayıtmaq isə həmişə xoşdur. Mədəniyyət və adət-ənənələr ilə tanışam, çoxlu azərbaycanlı dostlarım var və mən heç vaxt azərbaycanlı qonaqpərvərliyini başqa heç nə ilə qarışdırmayacağam!”

Şərhlər

Yaz...