Tarix: 29.06.2024 / 09:53

Xamenei azərbaycanlı namizədi hədəf götürüb, yoxsa?.

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu müəllifi olduğu “Cənub vaxtı”nda İranda prezident seçkilərində azərbaycanlıların rolu, İslam və şiəlik, Amerika-Xomeyni-Xamenei sövdələşmələri və bu kontekstdə Azərbaycanla münasibətlərdən söhbət açıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətn formasını ixtisarla təqdim edirik:

- İranın ali dini lideri S.Ə.Xamenei İran tarixinin ən mürəkkəb dövrlərindən birinə rəhbərlik edir. İranın tarixində belə ziddiyyətli dövrlər çox olub və heç birindən də İran uğurla çıxa bilməyib. Səfəvi dövlətçiliyinə qədər olan proseslər bunu qeyd etməyə əsas verir. Ən böyük mənbə Səfəvi dövlətidir. O dövlətin inkişaf trayektoriyası, tənəzzülü, bir neçə dövlətlərə parçalanması və fars-Azərbaycan əməkdaşlığının alınmaması ucbatından yenidən azərbaycanlıların hakimiyyətinin süqutu Pəhləvi-fars hakimiyyətinin qurulması ilə xarakterizə olundu. İndi də İranın daxilində baş verən makro proseslərə baxdıqda bu aydın görünür.

İranın ali dini lideri azərbaycanlıdır, onun ən yaxın silahdaşı, İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi də azərbaycanlıdır, ali dini liderin yerlisidir, təbrizlidir. Təbriz İran xalqının tarixini müəyyən edən 2-3 şəhərdən biridir.

Təbrizli M.Pezeşkiyan İranda prezident olmağa ən şanslıdır. Yalnız ali dini lider inzibati resurslara start verməsə Pezeşkiyan real prezidentdir. İranda keçirilən rəy sorğuları, İran televiziyasının nümayiş etdirdiyi kadrda Pezeşkiyanın seçki kampaniyalarında əhalinin sayı SEPAH-ın dəstəklədiyi M.Qalibafın başına toplananlardan 3-4 dəfə artıqdır. Altı prezidentliyə namizədlərdən üçü açıq mətndə Pezeşkiyanı hədəf götürdülər. İranda əgər Azərbaycan əhalisi passivliyindən əl çəkərsə, seçki aktivliyi nümayiş etdirərsə Qacarların süqutundan sonra baş verən proseslərə yeni həyat vermək olar.

Əlbəttə, çox şey Ali dini liderin özündən asılıdır. Ali dini lider hazırda bu yoldadır, alternativi yoxdur. Prosesi başa çatdırıb- çatdıra bilməməsi ayrı mövzudur. “Qədir-Xum” günü ilə bağlı keçirdiyi iclasda Ali dini lider də Pezeşkiyanı hədəf götürdü. Xarici siyasətlə islahatçı düşərgəsinin lideridir və xarici siyasətlə bağlı daha kəskin fikirlər səsləndirmişdi. “Qədir-Xum”la bağlı keçirilən iclasda Ali dini liderin qabağında duran məqsəd Pezeşkiyanı gözdən salmaq deyildi. Bəlkə də nəzərində Pezeşkiyanın seçilməsini tutub. Sadəcə özü üçün gələcəkdə əsaslandırma verəndə vaxtilə Pezeşkiyanın əleyhinə getdiyini nümunə göstərə bilsin.

Ali dini liderin yeni imamət prinsipi

Ali dini lider İslam, öz hakimiyyətini davam etdirməkdən ötrü yeni tezis ortalığa qoydu. “İmamət məqamı Peyğəmbərlər üçün Peyğəmbərlik məqamından daha üstündür. Peyğəmbərlik, Peyğəmbərin Peyğəmbərliyi ona görədir ki, İlahi müraciəti xalqa çatdırır. Amma Peyğəmbərin imaməti o deməkdir ki, Peyğəmbərliyi insanların ürəyində, düşüncəsində və əvvəlində icra edilsin. Bu imamətin mənasıdır”.

Xameneinin fikrincə, Peyğəmbərlər inkişaf edərək imamətliyə çatır. Bu elmi, nəzəri teosofik postulat nə qədər düzgündür, buna qiymət vermək imkanımız daxilində deyil. Hətta biz başa da düşsək, bildirsək də əhalinin bizim bu sözümüzə inandırmaq çox çətindir. Ali dini liderin o fikrinə yalnız Ayətullah əl-Üzmalar və təqlid mərcələri münasibət bildirməlidir. Sayca çox az olsalar da İranda belə şəxslər var. İranın Ali dini liderinin İbrahim Peyğəmbərlə bağlı dediyində çox vacib məqam var. İbrahim Peyğəmbərin qocalığının yaşını da deyib. 90 yaşında Allahın ona iki övlad bəxş etməsini nümunə göstərib. 85 yaşlı şəxsin qocalıq yaşını 90 hesab etməsi bu Ali dini liderin həmin şəxsin cavan olduğunu və hakimiyyətini davam etdirmək iddiasında olduğunun göstəricisidir.

Həqiqətən İranın ali dini lideri S.Ə.Xamenei canlıdır, bu onun düşüncələrində, davranışında özünü göstərir. Bəzən onun yerişini də göstərirlər. Fiziki baxımdan da mümkün qədər sağlam görünür. İbrahim Peyğəmbərə iki övladın verilməsi, bu onun bundan sonra yeni övladının olması anlamına gəlməməlidir. İranda dini şəxslər bu anlayışa da qiymət verə bilər.

İndi İranda İslam inqilabının qurulması ilə baş verən dövrü yada salınır. O dövrdə həllini tapmayan mövzuların həlli ilə S.Ə.Xameneinin məşğul olması kimi yanaşmaq çox düzgün olardı. İran İslam inqilabının banisi, İİR-nın qurucusu İmam Xomeyni ağır sürgün həyatı keçirib. Türkiyəyə sürgünə göndərilməmişdən əvvəl İranın da daxilində ağır sürgün həyatı yaşayıb. Onu həbsdən bir qrup İran alimləri, müctəhid Şəriətmədari xilas edib. Ona dərhal müctəhid rütbəsi veriblər. Şah İranının qaydalarına görə müctəhid öldürülə bilməz. Bu baxımdan da Şah onu həbsxanadan azad edib, Türkiyəyə sürgün həyatına göndərdi.

S.R.Xomeyninin İranın daxilində müxalifətçiliyi ABŞ-ın diqqətində idi. ABŞ-da Xomeyniyə qarşı İranın daxilində olarkən mübarizə apardığı dövr olub. Bir müddətdən sonra Şah Amerika üçün daha təhlükəli göründü. Çünki İranın nefti Amerika və İsrailin bütövlükdə əlində idi. ABŞ İranda yeni istehsal sahələri açmırdı. Əksərən aqrar ölkə olan İranda əhalinin sosial vəziyyəti ağır idi. Şah ardıcıl surətdə torpaq islahatları keçirirdi. Nəhayət şah torpağı kəndliyə vermək qərarına gəldi. (Ağ inqilab)

ABŞ bunu İranın SSRİ-yə yaxınlaşması kimi qəbul etdi. O vaxta qədər də İran şahı yeni istehsal sahələri qurmaqdan ötrü daha çox SSRİ ilə əlaqədə idi. Bu gün İsfahan Metallurgiya Zavodu SSRİ-nin hesabına tikildi. Orada da Azərbaycanın, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda DTK-nın və Azərbaycanda Mərkəzi Komitənin birinci katibi işləyərkən rolu olub. Araz çayı üzərində indi gedən işlər də o vaxt Ümummilli lider Heydər Əliyevin gördüyü işlərin sırasına aid olmalıdır. Şahın İranı SSRİ-nin təsiri altına salacağından qorxan ABŞ təcili şahı dəyişmək istədi, Xomeyninin müxalifətçiliyi yadına düşdü. Türkiyədə də uzun müddət sürgündə qala bilmədi. Şahın təkidli tələbi ilə Türkiyə hökuməti onu ərazisindən çıxardı və Xomeyni şiələr üçün müqəddəs hesab olunan şəhərlərdən ən əsasına - Nəcəfə göndərildi. Nəcəfdə elmi-pedaqoji fəaliyyətlə məşğul oldu. Qısa müddət ərzində Xomeyninin müxalifətçiliyinin davam etdiyini, onun fikirlərinin əhalinin arasında gec yayılmasını nəzərə alaraq ABŞ Xomeyni ilə əlaqə yaratdı və dərhal Xomeynini Parisin ətrafında yarı boşalmış qəsəbələrdən birinə köçürtdü. Altı ay müddətində Xomeyni 60 ildə görə bildiyi iş qədər iş gördü. Hər gün Xomeynidən müsahibələr götürüldü, tez-tez mətbuat konfransları keçirildi. Altı aydan sonra ABŞ təyyarəsində Fransa kəşfiyyat zabitinin İmam Xomeyninin qoluna girməklə onu Tehran aeroportunda iranlılara təhvil verdi. 7-8 gün ərzində də inqilab baş verdi.

O zaman ABŞ Xomeyni ilə iki böyük mövzuda razılaşma əldə etmişdi. Hələ ki, ABŞ, Qərb mətbuatı tərəfindən yazılan bu yazılara İran heç bir reaksiya verməyib. Bu gün ABŞ, Avropa universitetlərində Qərbin aparıcı mətbu orqanlarının yazdığı yazı o dəqiqə İran, xüsusilə Ali dini lider tərəfindən reaksiya qazanır. ABŞ prezidentləri ilə Xomeyni arasında məktublaşma ilə bağlı Qərb mətbuatının yazdığına İrandan bu günə qədər publik reaksiya verilməyib. İndi cari dövrdə İranın tam arxasınca getdiyi aydındır. Bu ayrı mövzudur. O zaman ABŞ Xomeyni ilə iki şərt bağladı:

ı. İran hərbisinin ABŞ-ın nəzarəti altında qalması idi. ABŞ-la sıx əlaqədə olan bütün ərəb dövlətlərinin hərbisi eynilə bu qaydadadır. O sxemi İrana da təklif etdi, Xomeyni qəbul etdi.

ıı. İranın şiəlikdən uzaqlaşması idi. İrana qayıtdıqdan bir müddət sonra şiələr üçün qanun kimi qəbul edilmiş 3 cümləli kəlmeyi-şəhadəti Xomeyni iki cümləli kəlmeyi-şəhadətə çevirdi. Sonuncu cümlə “Əşhədu Ənnə Əmir Əl-Möminin Əliyyən Vəliyullah” müstəhəbb elan olundu. Yəni desən savabdır, deməsən günah deyil. Bu vaxta qədər bu cümlə vacib idi. Bununla da “Məhəmməd İslamı” anlayışı gündəliyə gəldi. ABŞ-ın qoyduğu bu şərt şiəliyin İranda sıxışdırılmasına yönəlmiş idi və bu İranın idarəçiliyində hərbçilərin rolunun prioritetliyindən əskik deyildi, bəlkə də daha üstün idi. Çünki o vaxta qədər ABŞ Ön və Qərbi Asiya daxil bütün sünni məzhəb müsəlman dünyasında SSRİ ilə mübarizə aparırdı və SSRİ ateist dövlət idi. Ərəb dünyasında SSRİ ilə mübarizədə SSRİ-nin dini prioritetlərdən istifadə edəcəyi ABŞ-ın ağlına gəlmirdi. SSRİ-nin Şərq tarixini bilənlər Özbəkistan Mərkəzi Komitəsinin birinci katibi Şərəf Rəşidovun dini nə qədər gözəl bildiyini, SSRİ-nin siyasətinin Ön və Qərbi Asiya daxil bütün sünni məzhəb müsəlman dünyasında reallaşması üçün yaxşı fon yaratdığını çox gözəl bilirlər. ABŞ ərəb dünyasında tək SSRİ-nin tankları, aviasiyası, hərbi-dəniz donanması ilə deyil, həm də SSRİ-nin dindarları ilə rastlaşmışdı.

ABŞ SSRİ-nin İranı da dini cəhətdən emal edəcəyini çox gözəl bilirdi. O vaxt da həmin proseslər gedirdi. Reallıqda İran arealında azərbaycanlı şiələr həm İranda olan fars, həm də İraqdakı ərəb şiələrindən sayca çox idi. İraq və İrandakı şiələri üst-üstə götürdükdə sayca şiə azərbaycanlıları üstələyə bilmirdi.
ABŞ-ın İran üzrə hər iki niyyətinin reallaşmasının ən böyük maneçiliyini Ali dini lider, Ayətullah S.Ə.Xameneyi etdi. S.R.Xomeyni onu müdafiə naziri təyin etdi və o ABŞ hərbçilərinin İranda fəaliyyət imkanını xeyli daraltdı. İndi hazırda görünür ki, o imaməti gücləndirməklə şiəliyi gücləndirmək istəyir. Hətta ola bilər İran İslam Respublikasını Şiə İslam Respublikasına çevrilsin. İndiki reallıqda şiəlikdə azərbaycanlılara söykənməkdən başqa çarə yoxdur. Farslar həmişə şiəliyə maneçilik törədiblər. İmam Cəfəri Sadiqin ətrafında olan farsların davranışı bunun əyani misalıdır. İslam dinindən 500-600 il sonra yaşayıb, yaratmış Sədi və Hafiz Şirazilər kimi şairlərin əsərlərində İslama heç bir işarənin olmaması çox vacib göstəricilərdir. İranda həmişə müxtəlif dini təmayüllər - bəhailik, babilik çox geniş yayılıb. Bəhailiyin yayılmasında xarici qüvvələrin, xüsusilə ingilislərin vacib rolu olub. Tək cəmiyyət yox, dövlət də özünü qoruya bilməyib. Digər dini təmayüllərə dərhal meylləniblər. Bəhailik Amerika, Qərbin siyasətinin İran cəmiyyətində davamçılığının güclənməsi istiqamətində fəaliyyət göstərib.

İran İslam Respublikasının SSRİ-nin tərkib hissəsi olan Azərbaycan Respublikasına qarşı, İran-Azərbaycan arealında şiəliyi rəsmi dövlət dini səviyyəsinə gətirib çıxardan azərbaycanlılara qarşı mübarizəsi də o dövrdən başladı. İndi İranın Ali dini lideri yeni hesablama nöqtəsi ortalığa qoydu. Bunun ardınca Azərbaycan Respublikasında, İİR-dəki azərbaycanlılara qarşı Araz çayı üzərində müxtəlif layihələr reallaşdırdı. Onlardan ən böyüyü Mehri SES idi. Bu gün “Azərşəhr”də radioelektron raket bazasının formalaşdırılması da o siyasətin tərkib hissəsidir.

Şərhlər

Yaz...