“Prezident İlham Əliyev Azərbaycanın ulu ozanı Aşıq Ələsgərin heykəlinin açılışında onun doğulduğu tarixi torpaqlarımıza mənəvi ekskursiya edərək yaddaşımızı yenilədi”.
Bu sözləri Diaspora.TV-yə müsahibəsində Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
"Prezident İlham Əliyev hazırkı mərhələdə xalqımızın qarşısında duran yeni vəzifələrdən danışdı. Bu vəzifələrdən biri də şübhəsiz ki, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasıdır. Azərbaycan Prezidenti bildirdi ki, biz qısamüddətli, taktiki və uzunmüddətli strateji qərarlar qəbul edib vəzifələr müəyyənləşdiririk", -deyə Hikmət Babaoğlu bildirib.
Xəyalə Zöhrab
Diaspora.TV