Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında Əsasnaməni imzalayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə məlumat Ermənistan prezidentinin saytında paylaşılıb.
Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti həmin əsasnaməni qəbul edib, 67 deputat sənədin lehinə səs verib. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.