Tarix: 23.05.2024 / 18:32
“Whatsapp”da qrup yaratmaqla  diaspor olmur

“Whatsapp”da qrup yaratmaqla diaspor olmur

“Mən 1993-cü ildən etibarən Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunda aktiv fəaliyyət göstərmişəm. 1997-ci ilə qədər çox fəal olduq, mədəniyyətimizi, musiqimizi tanıtdıq. Bizi tez-tez verilişlərə dəvət edirdilər. İndi də diasporamız var, işləyirlər, lakin əvvəlki qədər bizi tədbirlərə, verilişlərə dəvət etmirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Qazaxıstanda Respublika Cəmiyyətinin üzvü İmran Əmrahov deyib.

Onun sözlərinə görə, bu gün diasporun əsas problemi icmalar və təşkilatlar arasında birliyin olmamasıdır:

“Əvvəl çox gözəl idi, birlikdə tədbirlər olurdu, Azərbaycan mədəniyyətini yüksək səviyyədə tanıdırdıq. Rəqslərimiz, mahnılarımızla ətrafa səs salırdıq. Qazaxıstanda toylarda, yığıncaqlarda yaxından iştirak edirəm. Bütün Qazaxıstan məni tanıyır. Hazırda Qazaxıstanda çox sayda təşkilat var. Əsas problemimiz odur ki, onlar arasında birlik yoxdur. Azərbaycanlıları bir araya toplaya bilmirik, hərə bir tərəfə çəkilir, insanları çağıranda da gəlmirlər”.

İ.Əmrahovun sözlərinə görə, soydaşlarımızı bir araya toplamaq üçün çox işləyib, onları diasporanın gücünə inandırmaq lazımdır:

“Whatsapp”da qrup açmaqla diaspora olmur. Hər kəsi yığıb soruşmaq lazımdır ki, probleminiz nədir, nə çatmır? Məsələn, elə bəzi tədbirlərdə, toylarda milli musiqi alətlərimizdə ifa etməyimizi istəyirlər. Azərbaycandan musiqi alətlərini gətirmək lazımdır”.

Xəyalə Zöhrab
Diaspora.TV




Şərhlər

Yaz...