Tarix: 30 Oktyabr 2024 15:39 | Baxış sayı: 203
Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır…  - Hikmət Hacıyev

Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır… - Hikmət Hacıyev

"Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır".

Diaspora.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” platformasında Ceff Bezosun "Washington Post"da dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib.

Prezidentin köməkçisi, "xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı "Washington Post" və müəyyən Konqres rəsmiləri tərəfindən çirkin təbliğat kampaniyaları aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını ifşa etdiyini" qeyd edib.

"Mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan "Washington Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Cəsarətli və haqlı tənqidində Bezos "Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. O, eyni zamanda, qurban obrazının yaradılmasının fayda vermədiyini də qeyd edir... Bununla belə, Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. Dünya ağı ilə qaranı yaxşı fərqləndirir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır… "Washington Post dakı "yoldaşlar". Sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki "Komsomolskaya pravda”nı xatırladır”, - Hikmət Hacıyev qeyd edib.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Qəzza müharibəsinə başlayan İranın    bir ili
Diaspor, Video Qalereya, Cənub saatı

Qəzza müharibəsinə başlayan İranın bir ili

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

İraqdakı Azərbaycan:    Türkmanlar
Video Qalereya, Müzakirə vaxtı

İraqdakı Azərbaycan: Türkmanlar

Diasporumuz zəifdir, lobbi işində    geri qalmışıq
Diasporla müsahibə, Video Qalereya

Diasporumuz zəifdir, lobbi işində geri qalmışıq