Tarix: 25 İyun 2024 10:38 | Baxış sayı: 232
Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert   təşkil olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz musiqiçisi, saksofonçu, klarnet ifaçısı, bəstəkar, dirijor, Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestrinin (1960-1981) bədii rəhbəri və baş dirijoru, Azərbaycan Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Diaspora.TV AZƏRTAC-a istinadla xəbər verir ki, yubiley konserti “Musiqi sevinc bəxş edir“ (“Musik macht Freude - MmF”) Vyana musiqi məktəbi tərəfindən “Culture Meeting Point” Vyana mədəniyyət təşkilatı, Vyana meriyası, “Sun Dance Company” rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, musiqi məktəblərinin və Vyana şəhər gimnaziyalarının şagirdlərinin iştirakı ilə təşkil olunub.

Tədbirin girişində “Musiqi sevinc gətirir” musiqi məktəbinin rəhbəri və “Culture Meeting Point” mədəniyyət təşkilatının musiqi rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova qonaqları salamlayaraq T.Əhmədovun Azərbaycan caz musiqisinin inkişafındakı rolundan bəhs edib.

Qeyd edilib ki, Şərqlə Qərb arasında musiqi mübadiləsi və mədəni körpü rolunu oynayan, Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına yönələn konsertdə T. Əhmədovun əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarı Qara Qarayevin, məşhur Avstriya və Avropa bəstəkarlarının əsərləri də yer alır.

Konsert uşaqların T. Əhmədovun yaradıcılığı haqqında maraqlı təqdimatları ilə müşayiət olunub, T.Əhmədovun məşhur bəstələri və fotoarxivi təqdim olunub.

Musiqi məktəbi və şəhər gimnaziyaları şagirdlərinin və “Sun Dance Company” rəqs studiyasının tələbələrinin ifaları gecənin qonaqları tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq fortepiano müsabiqələrinin laureatı, gənc pianoçu və bəstəkar, Vyana Dövlət Operası xorunun solisti Norbert Ebner konsertdə T.Əhmədovun “Give me a smile” (“Güldür məni”) mahnısını, həmçinin T. Əhmədovun yubileyinə həsr olunmuş “Günəşli vals” bəstəsini ifa edib.

Gecədə Vyanada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları, avstriyalı musiqiçi və alimlər, T.Əhmədovun ailə üzvləri iştirak ediblər.




Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır