Tarix: 02.10.2024 / 16:15
Voronej məhkəməsi azərbaycanlıya qarşı ədalətsiz    qərar çıxartdı

Voronej məhkəməsi azərbaycanlıya qarşı ədalətsiz qərar çıxartdı

Rusiyanın Voronej şəhərində məhkəmə 2023-cü ilin avqustunda yeniyetməni döyən azərbaycanlıya hökm oxuyub.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, ittihama görə, məhkum Vladimir Nevski küçəsindəki yaşayış massivində olarkən azyaşlıya hücum edərək onu döyüb, sonra isə naməlum əşya ilə onun boynuna vuraraq gəncə ağır bədən xəsarətləri yetirib.

Məhkəmə azərbaycanlını zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirli bilib və ona 4 il müddətinə ciddi rejimli koloniya cəzası verib.

Məhkumun yaxınları və vəkili isə münaqişənin azyaşlı tərəfindən başladıldığını və xırda küçə davası olduğunu bildirib, məhkəmənin ədalətsiz qərar çıxardığını qeyd ediblər.

Şərhlər

Yaz...