Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun aylıq nəşr olan “Вогні Азербайджану” qəzetinin xüsusi nömrəsi çapdan çıxıb.
Diaspora.TV xəbər verir ki, qəzetdə 8 noyabr Zəfər Günü, 12 noyabr Konsitutsiya Günü, Ukrayna Ali Radası spikerinin müşaviri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun Riqa səfəri, Bakıda keçirilən COP29 tədbiri və digər məsələlərə aid məqalələr, informasiyalar yer alıb.