Tarix: 03.07.2024 / 12:11
Viza ləğv olunmalı, uçuş qiymətləri endirilməlidir...   - İqtisadçı

Viza ləğv olunmalı, uçuş qiymətləri endirilməlidir... - İqtisadçı

“Xarici turizmin təşviqi və artması üçün böyük layihələrin həyata keçirilməsi mümkündür”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert hesab edir ki, xarici turizmin artırılmasının bir neçə yolları var:

“Əsas yollardan biri viza məsələsinin tamamilə ləğv edilməsidir. Düzdür, indi “Asan Xidmət” elektron qaydada viza verir, amma bunun ləğvi daha məqsədəuyğundur. Avropa, Amerika, Yaponiya, Çinə viza tətbiq etməyin heç bir mənası yoxdur. Həmin ölkələrdən miqrant axınının olması ehtimalı sıfıra bərabərdir. Viza o zaman tətbiq olunur ki, həmin ölkələr öz ölkəsinə miqrant axınının artmasından narahat olur. Yəni bu ölkələrdən Azərbaycana ən azından miqrant gəlməz”.

Natiq Cəfərlinin fikirincə, hava uçuşlarının qiymətlərində rəqabətli mühiti artırmaq yolu ilə endirimlərin olması, yəni daha ucuz uçuşların təşkil olunmasına ehtiyac var:

"Ən əsası Azərbaycan öz kiçik cəlbedici hekayələrini yaratmalıdır ki, xarici turist gələ bilsin”.

Natiq Cəfərlinin sözlərinə görə, xaricdən gələn turistlərin sayının artırılması üçün bu tipli reklam aksiyalarının keçirilməsinə ehtiyac var.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...