Tarix: 27.07.2024 / 23:40
Vətənə gələn azərbaycanlılar:  Diqqətli olun ki, qurbana çevrilməyəsiniz

Vətənə gələn azərbaycanlılar: Diqqətli olun ki, qurbana çevrilməyəsiniz

Hazırda yay ayları olduğu üçün Azərbaycana - Vətənə çoxlu sayda soydaşımız gəlir. Soydaşlarımızın dələduzların qurbanı olmamaq üçün diqqət etmələri vacib məsələlərdən biri də müxtəlif bankların adından zəng edib kart məlumatlarının əldə edilməsidir.

“Süni intellektlə sizinlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər”.

Diaspora.TV xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb:

“Ehtimalların kiberməkanda hədəfi qurbandır. Çünki kiberməkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaq. Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizinlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən".

Şərhlər

Yaz...