Tarix: 13.09.2024 / 15:15
 “Vətən” Cəmiyyəti Danimarkada yaşayan azərbaycanlıların görüşünü    təşkil edib

“Vətən” Cəmiyyəti Danimarkada yaşayan azərbaycanlıların görüşünü təşkil edib

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan görüşdə Danimarkada yaşayan azərbaycanlılar birlik, bərabərlik nümayiş etdirib.

Diaspora.TV Diasporla İş Üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, görüşdə iştirak edən soydaşlarımızın yaşadığı yerdən asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyinin vacibliyi, birliyinin önəmi vurğulanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının onların üzərinə düşən bir vəzifə olduğu bildirilib.

Görüş yüksək əhval-ruhiyyədə davam edib.


Şərhlər

Yaz...