İsveçli iqlim fəalı Qreta Tunberq Bakıda keçirilən BMT-nin İqlim Konfransına (COP29) qarşı dünən Tbilisinin Azadlıq meydanında etiraz aksiyası keçirib.
Diaspora.TV xəbər verir ki, aksiyada gürcü və ermənilərlə yanaşı, azərbaycanlı ictimai fəal Vəfa Nağı da olub.
Vəfa Nağı yalnız "Azərbaycan COP29-u saxta yaşıl gündəm altında təsir dairəsini möhkəmləndirmək, nəzarətini gücləndirmək və regional gərginliyi artırmaq üçün istifadə edir" deyən Qreta Tunberqlə deyil, ermənilərlə də həmrəylik nümayiş etdirib. O, sözügedən aksiyada "We - azerbaijan is stand with karabakh armenia" ("Biz, azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq") şüarını qaldırıb.