Oktyabrın 25-də Polşa Azərbaycanlıları Şurası tərəfindən Varşava Azərbaycan evində hüquqi mövzular üzrə öyrədici təlim təşkil edilib.
Bu barədə məlumatı Diaspora.TV-yə Polşa Azərbaycanlıları Şurasından veriblər.
"Təlimdə vəkil Andriy Dementiy Polşada yaşayan əcnəbilər üçün daimi və müvəqqəti oturum icazələrinin alınma prosedurlarını, polis saxlamaları zamanı davranış nümunələrini, əcnəbilərin hüquq və vəzifələrinin necə yerinə yetirilməli olduqlarını ətraflı və geniş şəkildə izah edib. Təlimin sonunda isə dinləyicilərin sualları vəkil tərəfindən cavablandırılıb", - deyə məlumatda bildirilib.