“Əvvəlki illərdə olduğu kimi bu il də 17 May tarixində, Varşava Universitetində, burada təhsil alan xarici tələbələr arasında “Cultural Hotspot” (Mədəniyyət Nöqtəsi/Guşəsi) adlı tədbir keçiriləcək”.
Diaspora.TV xəbər verir ki, bu barədə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli bildirib. Onun sözlərinə görə, tədbirdə bir çox fərqli ölkələrdən və millətlərdən olan tələbələr iştirak edərək, öz ölkələrinin milli rəqslərini, musiqilərini, milli kulinariya nümunələrini nümayiş etdirəcəklər:
“Polşa Azərbaycanlıları Şurası olaraq tədbirin təşkilatçılığı üçün lazım olan bir çox milli atribut, suvenir, milli geyim və digər vasitələrlə azərbaycanlı tələbələri təmin etmişik. Tədbirdə ölkəmizin layiqli təmsil edilməsi və zəngin mətbəximizin nümayiş edilməsi məqsədilə yeməklər hazırlanacaq ki, bu məsələdə yenə də burada yaşayan həmvətənlərimizin dəstək göstərməsi vacibdir”.