Polşada yaşayan gənclər və Polşada təhsil almaq niyyətində olan 50 tələbə üçün hazırlanmış tam təqaüdlü karyera təlimində dərslərin keçirilməsi davam edir.
Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan Evinin dəstəyi ilə 1 aprel tarixindən başlayan tam təqaüdlü karyera təlimi 10 ildən çox maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazovun rəhbərliyi ilə keçirilir.
Qeyd edək ki, yaxın zamanlarda Varşava Azərbaycan Evində növbəti maraqlı layihələrin icrasına başlanılacaq.