Tarix: 21.05.2024 / 08:03
Vahid platforma, media resursuna ehtiyac var  – Qulu Məhərrəmli

Vahid platforma, media resursuna ehtiyac var – Qulu Məhərrəmli

“Diaspor təşkilatlarının gücü iki dayağa söykənməlidir. Bunun birincisi media, ikincisi isə biznes fəaliyyətidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında media eksperti Qulu Məhərrəmli diaspor təşkilatları sırasında informasiya müharibəsi zamanı anti-Azərbaycan təbliğatının qarşısında dura biləcək media resursları və sosial şəbəkə hesabları ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, diasporu elə bu amillərin üzərində qurmaq və inkişaf etdirmək mümkündür:

“44 günlük müharibə dövründə bizim xarici ölkələrdə olan soydaşlarımız yaşadıqları ölkənin cəmiyyətinə nüfuz etmək, informasiya yaymaq üçün nəyi bacardılarsa onu da etdilər. Kütləvi aksiyalar təşkil edirdilər, xırda piketlər keçirirdilər. Yəni nə imkanları vardısa, ondan da istifadə edirdilər”.

Q.Məhərrəmli hesab edir ki, bu məsələ ilə bağlı vahid platforma, media resursuna ehtiyac var:

“Hesab edirəm ki, bunun üzərində ciddi düşünmək lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...