Tarix: 03.12.2024 / 12:02
Vahid Ələkbərov ən varlı rusiyalıların    siyahısında birincidir

Vahid Ələkbərov ən varlı rusiyalıların siyahısında birincidir

Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov 2024-cü ilin əvvəlindən sərvətini 2,81 milyard dollar artıraraq 27,5 milyard dollara çatdırıb. Bununla da o, Rusiyanın ən zəngin şəxsi olub.

Diaspora.TV xəbər verir ki, o, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının Razin qəsəbəsində anadan olub.

1991-ci ildə “LUKoil” şirkətini təsis edib və 1993-cü ildən 2022-ci ilə qədər şirkətin prezidenti olub. 2022-ci ildə Vahid Ələkbərov “LUKoil”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib.

Vahid Ələkbərov “Şərəf nişanı” və “Dostluq” ordenləri ilə təltif olunub.

Vahid Ələkbərovun sərvətinin artması, onun neft sənayesindəki uğurlu fəaliyyəti və “LUKoil”un bazardakı mövqeyi ilə əlaqələndirilir.

V.Ələkbərov Azərbaycan Neft və Kimya İnstitutunu 1974-cü ildə bitirmişdir. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub.

1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir.

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir.

V. Ələkbərov iqtisadiyyat elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.

Şərhlər

Yaz...