Tarix: 03.10.2024 / 08:57
Vahid diaspor konsepsiyası işlənib hazırlanmalıdır -    TƏKLİF

Vahid diaspor konsepsiyası işlənib hazırlanmalıdır - TƏKLİF

“Vahid azərbaycançılıq ideologiyasını formalaşdırmadan bu birliyə nail olmaq çox çətin prosesdir. Hətta deyərdim ki, mümkünsüzdür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Bəkir Həsənbəyli deyib. Onun sözlərinə görə, diasporların əlaqələrinin koordinasiya edilməsi, inkişafına nail olunması üçün başlanğıc mərhələ prioritet vəzifələri müəyyən etməkdir:

“Bu proses vahid milli ideyanın formalaşmasından keçir. Vahid və ya koordinasiyalı təşkilat kimi fəaliyyət göstərmək, inkişaf etmək yalnız tələbat deyil, həm də tarixin ən yeni mərhələsində zərurətdir. Milli, vahid azərbaycançılıq ideyasının yaranması problemin həllini şərtləndirmir. Öz növbəsində milli ideya sosial həyata, xaricdə yaşayan vətəndaşların şüurunda yerini müəyyən etməlidir. Fəaliyyət məntiqə əsaslanmalı, məzmunlu xarakter daşımalıdır”.

Bəkir Həsənbəyli təklif edib ki, vahid diaspor nəzəriyyəsi, diaspor konsepsiyası işlənib hazırlanmalıdır:

“Bu nəzəriyyə və konsepsiya milli kimliyi formalaşdırmalı və nəticə etibarı ilə tarixi bağlılığı yaratmalıdır. Bu da dünya azərbaycanlılarının milli birliyinin əldə edilməsinə möhkəm zəmin yaradacaq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...