Tarix: 02.08.2024 / 17:44
 V Yay Düşərgəsinin açılış mərasimində xalça   sərgisi keçirilib

V Yay Düşərgəsinin açılış mərasimində xalça sərgisi keçirilib

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin Laçında baş tutan V Yay Düşərgəsinin rəsmi açılış mərasimində xalça sərgisi keçirilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgidə Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Bakı xalçaçılıq məktəblərində, xüsusilə də Laçında toxunan qədim və müasir xalçalar nümayiş olunub.

Düşərgə iştirakçılarına Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutan və qədim tarixə malik olan Azərbaycan xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilib. Ölkəmizin zəngin milli-mədəni irsini nümayiş etdirən xalça sərgisi gənclərin böyük marağına səbəb olub.

Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova qeyd edib ki, sərginin təşkilində məqsəd diaspor gənclərinə xalça sənətinin dəyərini və qədim tarixini təbliğ etmək, Azərbaycan xalçaları haqqında bilgiləndirməkdir.


Şərhlər

Yaz...