“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində “Müasir dövrün səriştələri” adlı seminar keçirilib.
Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, təlimçi-ekspert Anar Həsənov Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək vermək üçün gerçəkləşdirilən layihələrdən, habelə kreativ səriştələrin formalaşmasından, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
Seminarda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb və düşərgə iştirakçılarını maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.