Moskvadan Naxçıvana uçan təyyarə texniki nasazlıq səbəbindən hava limanına qayıdıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, avqustun 22-də Ryazan üzərində uçarkən “Utair” aviaşirkətinin ekipajı nasazlıq səbəbindən daşıyıcının nümayəndələri ilə texniki məsləhətləşmələr tələb edib. Danışıqlardan sonra pilotlar Vnukovoya qayıtmaq qərarına gəliblər. Təyyarə sağ-salamat eniş etdi.
Bundan əvvəl Sankt-Peterburqdan Soçiyə uçan Ural Hava Yollarına məxsus təyyarənin pilotları səmada naməlum obyektləri müşahidə etdiklərini bildiriblər. Novqorod vilayətinin Çudovo şəhəri yaxınlığındakı ərazidən keçən ekipaj, “uçuş zonasının altında on hava şarındam ibarət dəstə müşahidə etdiklərini” bildirib.
Bundan əvvəl isə Novosibirskdə təyyarə qapının açılması siqnalına görə uçuşu dayandırıb.