Tarix: 26.06.2024 / 23:00
Qızımı yeddi aya yaxındır aparıblar... - Güneyli ana fəryad edir

Qızımı yeddi aya yaxındır aparıblar...- Güneyli ana fəryad edir

İrqçi fars-molla rejimin həbs etdiyi əmək fəalı Şərifə Məhəmmədinin anası bazar ertəsi sosial şəbəkədə video yayımlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb.

“Qızımı yeddi aya yaxındır aparıblar və ondan mənə heç bir xəbər vermirlər”-deyə Şərifə Məhəmmədinin anası bildirib.

Fəalın anası hakimiyyət nümayəndələrinə müraciət edib:

“Qızım Şərifənin günahı nədir, deyin! Onu həbsdə saxlamaq istəyirsiniz? Onu ev, ailə, uşaqları və əri gözləyir”.

Qeyd edək ki, Şərifə Məhəmmədi keçən il dekabrın 5-də həbs olunub və iyunun 10-da Rəştdə məhkəməsi keçirilib. O, siyasi təşkilatla əlaqədə olmaqda ittiham edilib.


Şərhlər

Yaz...