Tarix: 12.11.2024 / 13:00
Ural məktəbində azərbaycanlı rus    qızını döyüb?

Ural məktəbində azərbaycanlı rus qızını döyüb?

“Sosial şəbəkələrdə miqrant uşaqların “mədəni davranışlarını” əks etdirən daha bir video yayılıb. Kadrlarda gənc oğlanın tənəffüs zamanı rus qızını təpiklədiyi görünür”.

Diaspora.TV xəbər verir ki, bu fikirlər Rusiya mediasında dərc olunub.

Hadisə Nijniye Sergi şəhərində (Sverdlovsk vilayəti) baş verib.

Rus mediasında bildirilir ki, hadisə telefonun kamerası ilə qeydə alınıb. Qızı təpiklə döyən şəxs hər şeyi lentə alıb və əylənmək üçün sosial şəbəkələrdə paylaşıb.

Media iddia edir ki, videonun “qəhrəmanı”nın və valideynlərinin adları məlumdur, gəncin atası azərbaycanlıdır.

Azərbaycanlı şagirdin cəzalandırılması ilə bağlı dəqiq məlumat yoxdur.

Şərhlər

Yaz...