Tarix: 17.11.2024 / 10:00

Universitet oxumaqla kifayətlənməyin- DABF qalibi Natavan Cəfərova

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) azərbaycanlı gənclərə “Xaricdə təhsil almaları üçün müraciət prosesinə dəstək” adlı layihəsinin ilk qalibləri artıq dünyanın müxtəlif ölkələrində dərslərə başlayıblar.

Layihənin qalibi olan gənclər Diaspora.TV-yə müsahibə veriblər. Növbəti müsahibimiz Natavan Cəfərovadır.

N.Cəfərova “Vilnius Gediminas Technical University”nin “Artificial Intelligence Systems” ixtisası üzrə magistr dərəcəsi üzrə təhsil alır.

O, Litva Dövlət Təqaüdünü qazanaraq, univeristetin təhsil haqqından azad olub, əlavə olaraq aylıq yaşam xərclərini qarşılayacaq müavinat da əldə edib.

N.Cəfərova bakalavr təhsili aldığı zamandan başlayaraq süni intellekt sahəsində bir çox layihələrdə və start-up-larda iştirak edib, bu layihələrdə uğurlar qazanıb.

Qeyd edək ki, o, Vilnus Universitetindən başqa Avropanın bir neçə qabaqcıl universitetlərindən də qəbul alıb.

Xatırladaq ki, birinci mərhələdə Fonda ümumilikdə 325 nəfər müraciət etmişdi. Müraciət edənlər arasından akademik göstəriciləri daha yüksək olan 30 gənc seçilmişdi. 30 gəncin də arasından Fondun Təhsil layihəsi 10 tələbə qazandı. Seçilmiş 10 nəfərdən (2-si müəyyən səbəblərdən gedə bilməyib) 8-i artıq dünyanın ən nüfuzlu universitetlərində DABF-ın təhsil layihəsindən istifadə edir.

Şərhlər

Yaz...