ABŞ-ın Stanford Univeristeti 2024-cü il üçün dünyanın ən yaxşı 2 % alimlərinin (World's Top 2% Scientists) siyahısını açıqlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə UNEC-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dünya elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (
UNEC) 3 alimi də yer alıb.
Qeyd edək ki, reytinq siyahısı dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı iki mərhələdə həyata keçirilir. İlkin mərhələdə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı seçim isə keyfiyyət göstəriciləri əsasında (istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi, hm-indeksi, təkmüəllifli məqalələrə istinadların sayı və s.) aparılır.