Tarix: 29.08.2024 / 19:17
Bu seçkilər Azərbaycana uğur gətirəcək    – Dərnək rəhbəri

Bu seçkilər Azərbaycana uğur gətirəcək – Dərnək rəhbəri

“Azərbaycanda sentyabrın 1-ə təyin edilən parlament seçkiləri fərqli bir ovqatda keçirilir. Çünki bu seçkilər tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün bölgələrində baş tutacaq”.

Diaspora.TV xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında İzmir Azərbaycan Dərnəyi (İZAZDER) İdarə Heyətinin sədri Perviz Altay deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində qalib gəlmiş Azərbaycan öz ərazi bütövlüyünə nail olmaqla 30 illik problemi kökündən həll etdi:

“Bu seçkilər həmin əraziləri də əhatə etməklə Azərbaycanın nailiyyətlərini davam etdirir. Azərbaycan gələcək siyasi mövqeyini yeni baxışla təqdim edir və ölkəmizin bütün maraqlarını qoruyur. Ümid edirəm ki, bu seçkilər Azərbaycan Respublikasına uğurlar gətirəcək”.


Şərhlər

Yaz...