Rusiya dekabrın 13-də Ukraynanın enerji infrastrukturuna hücum edib.
Diaspora.TV xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko şəxsi Facebook hesabında qeyd edib.
“Düşmən terror törətməkdə davam etdirir”, – deyə o yazıb.
Nazir bildirib ki, energetiklər enerji sistemi üçün mənfi nəticələrin minimuma endirilməsinə görə bütün lazımi tədbirləri görürlər:
“Təhlükəsizlik şəraiti imkan verən kimi, dəyən zərər dəqiqləşdiriləcək”.
Qaluşenko yerli sakinlərə təhlükə davam edərkən sığınacaqlarda qalmalı olduqlarını diqqətə çatdırıb.