Azərbaycan və Ukraynanın dostluğunu tərənnüm edən video-rolik hazırlanıb.
Diaspora.TV xəbər verir ki, video-rolikdə müharibə dövründə Azərbaycan dövlətinin Ukraynaya humanitar yardımları, bu ölkədə yaşayan soydaşlarımızın döyüş səhnələri, Ukraynanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımız haqqında məlumatlar verilir.
Dahi sənətkarımız Rəşid Behbudovun ifasında - “Doğma anam mənim” (Рідна мати моя) mahnısı da rolikə əlavə rəng qatır.
Hazırlanan video-rolikdə soydaşlarımızın Ukraynanın haqlı mübarizəsinə verdikləri dəstək xüsusi vurğulanır. Hazırda yüzlərlə soydaşımızın cəbhədə Ukraynanın suverenliyi uğrunda vuruşması, 60-a yaxın azərbaycanlının isə bu döyüşlərdə həlak olduğu diqqətə çatdırılır.
Qeyd edək ki, video-rolikin hazırlanmasında diasporumuzun fəal üzvü, Ukraynanın azadlığı və suverenliyi uğrunda ilk gündən döyüşlərə qatılan Vidadi İsrafilovun böyük əməyi olub.
Video-rolik yaxın vaxtlarda Ukrayna kinoteatrlarında nümayiş olunacaq.