Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov "Paris 2024"də finalında gümüş medal qazanıb.
Diaspora.TV xəbər verir ki, Pərviz Nəsibov Ukrayna Azərbaycanlılları Birləşmiş Diasporunun fəal gənclərindəndir.
Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını report-la bölüşüb:
"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".
Qeyd edək ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.