Ukrayna ordusunun hərbiçisi Rusiyaya qarşı istifadə etdiyi artilleriya mərmisinə “Azərbaycanın vurulan təyyarəsi üçün” sözlərini yazıb.
Diaspora.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Xatırladaq ki, təyyarə Rusiya hava məkanında olarkən kənar təsirlərə məruz qalıb.