Tarix: 27.08.2024 / 14:20
Ukraynalı boksçu: “Azərbaycandan vətəndaşlıq   təklifi gəldi”

Ukraynalı boksçu: “Azərbaycandan vətəndaşlıq təklifi gəldi”

Ukraynalı boksçu Aleksandr Usik ona vətəndaşlıq təklif edən ölkələrdən danışarkən Azərbaycanın da adını çəkib.

Diaspora.TV xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış idmançıya təklif təkcə ruslardan deyilmiş.

“Türkiyə bu variantı nəzərdən keçirirdi və Azərbaycandan da təklif gəldi”, - deyə idmançı bildirib.

Qeyd edək ki, 2024-cü ildə mayın 19-na keçən gecə Usik britaniyalı boksçu Tayson Fyurini məğlub etmişdi. Döyüş elan edilmiş bütün 12 raundda davam etdi və ukraynalı idmançının Fyuri üzərində bölünmüş qərarla qələbəsi ilə başa çatdı. Ukraynalı boksçu WBA, IBF və WBO titullarını qoruyub saxlayaraq, rəqibinin WBC kəmərini götürmüşdü.

Bu qələbədən sonra ukraynalı boksçu çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçuların reytinqində birinci yerə yüksəlib.

Şərhlər

Yaz...