Tarix: 24.04.2024 / 15:34
Ukraynada yaşayan məşqçini döyən  idmançılardan biri ev dustaqlığına buraxıldı

Ukraynada yaşayan məşqçini döyən idmançılardan biri ev dustaqlığına buraxıldı

Ukraynada yaşayan məşqçi Həsən Əzizovu Bakıda keçirilən idman yarışı öncəsi döyməkdə ittiham olunan Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barədə qərar qəbul edib.

Diaspora.TV xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda onlardan üçünün həbs müddəti bir ay uzadılıb.

V.Kərəmov isə barəsində polis nəzarətinə verilmək həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.


Şərhlər

Yaz...