Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşən daha bir soydaşımız Nahid Zeynalov təltif edilib.
Diaspora.TV xəbər verir ki, soydaşımız Ukrayna Silahlı Qüvvələr Günü ərəfəsində təltif olunub.
Krivoy-Roq şəhər rəhbərliyi tərəfindən Nahid Zeynalov “Şəhərin müdafiəsində göstərdiyi xidmətlərinə görə” ordeniylə təltif olunub. Ordeni soydaşımıza Krivoy-Roq şəhər meri Oleksandr Vilkul təqdim edib.
Qeyd edək ki, Nahid Zeynalov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy-Roq şəhərində nümayəndəsi olub. O, Rusiyanın Ukraynaya təcavüzündən sonra səlahiyyətlərinə xitam verərək müharibəyə gedib.