Tarix: 19.07.2024 / 16:00
Ukraynada həlak olan azərbaycanlının ailəsi Kiyevdəki Azərbaycan evində  - Foto/Video

Ukraynada həlak olan azərbaycanlının ailəsi Kiyevdəki Azərbaycan evində - Foto/Video

Avqustun 25-i, 2022-ci ildə Ukraynanın Nikolayev vilayəti istiqamətində gedən ağır döyüşlərdə həlak olan, 29.06.1996-cı il təvəllüdlü azərbaycanlı Səid Hüseynovun valideynləri Kiyev şəhərindəki Azərbaycan evində olublar.

Diaspora.TV xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov mərhum soydaşımızın valideynləri - Vasif Hüseynov və Rəhimə Hüseynova ilə görüşüb.

E.İbrahimov Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan S.Hüseynovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində diasporumuzun bundan sonra da nə lazımsa edəcəyini bildirib.


Görüşdə S.Hüseynovun valideynləri övladları ilə bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və fədakar hərəkətlərə görə Səid Vasif oğlu Hüseynov (ölümündən sonra) “Şərəf nişanı” - “Obolon legionu” ordeni ilə təltif edilib. Azərbaycan əsilli hərbçinin təltif olunduğu orden Bakıda onun ailəsinə təqdim olunub.



Şərhlər

Yaz...