Tarix: 11.11.2024 / 17:20
Ukraynada həlak olan azərbaycanlı polkovnikin    qəbirüstü  abidəsi qoyuldu

Ukraynada həlak olan azərbaycanlı polkovnikin qəbirüstü abidəsi qoyuldu

Bu gün Xarkovda Ukraynanın azadlığı və suverenliyi uğrunda qəhrəmancasına həlak olan 32 yaşlı soydaşımız, batalyon komandiri, polkovnik Samir Rüstəmovun qəbirüstü abidəsinin açılışı olub.

Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, açılış mərasimi polkovnikin vəfatının ildönümündə baş tutub.

Mərasimdə Samir Rüstəmovun döyüş yoldaşları, yaxınları və diaspor fəalları iştirak ediblər.

Qeyd edək ki, indiyə kimi Rusiya-Ukrayna müharibəsində 60-a qədər soydaşımız həlak olub.


Şərhlər

Yaz...