Ukraynada azərbaycanlı qadın öldürülüb. Hadisə Odessa şəhərində baş verib.
Məlumata görə, avtomobilin atəşə tutulması nəticəsində 40 yaşlı Alena Hacıyeva 4 güllə yarası alıb və bu səbəbdən həlak olub. Onunla birlikdə avtomobildə rəfiqəsinin də öldüyü bildirilir.
Qeyd edək ki, Alena Hacıyevanın Birinci Qarabağ müharibəsində Lənkəran batalyonunun komandiri Cəmil Hacıyevin qızı olduğu bildirilir./Qafqazinfo