Tarix: 29 May 2024 23:48 | Baxış sayı: 468
Ukraynada azərbaycanlı hərbçi   itkin düşüb

Ukraynada azərbaycanlı hərbçi itkin düşüb

Ukrayna ordusunun azərbaycanlı hərbçisi Yüzbaşiyev Emin Əsabəli oğlu Zaporojye istiqamətində itkin düşüb.

Diaspora.TV xəbər verir ki, Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayevin "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır