2024-cü ilin 10 ayında Ukrayna məhsullarının Azərbaycana ixracı 15,1% artıb.
Diaspora.TV xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfirliyi sözügedən ölkənin Dövlət Gömrük Xidmətinə istinadaən yayıb.
Məlumata görə, Ukrayna məhsullarının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artıb. Ümumi dövriyyə 6% artaraq 408 milyon ABŞ dolları təşkil edib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin güclənməsini və Azərbaycan bazarında Ukrayna məhsullarına tələbatın artdığını təsdiqləyir.
Əsas ixrac kateqoriyalarına ət və ət məhsulları, qara metaldan hazırlanan məhsullar, texniki mallar, şəkər və qənnadı məmulatları daxildir.
Bu artım təkcə Ukrayna ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafını deyil, həm də bu regionda Ukrayna ixracının genişləndirilməsi üçün müsbət perspektivləri əks etdirir.