Tarix: 05.10.2024 / 17:51
Ukrayna hakimiyyəti azərbaycanlıları həbs olunan    gəmidən azad edib

Ukrayna hakimiyyəti azərbaycanlıları həbs olunan gəmidən azad edib

İki ay əvvəl Ukrayna hakimiyyəti Odessa vilayətindəki Reni limanından 64 km aralıda iki aydan çoxdur yolda olan türk gəmisini həbs edib.

Diaspora.TV xəbər verir ki, gəminin 6 ekipaj üzvü Azərbaycan, kapitanı isə Türkiyə vətəndaşıdır.

Gəminin həbsi onun Krıma qanunsuz daxil olması ilə bağlı olub. Azərbaycanın Ukraynadakı səfirliyi 2 ay ərzində bütün imkanlarından istifadə edərək, gəmiyə minmək və vətəndaşlarına baş çəkmək üçün müxtəlif şöbələrə müraciət edib.
Nəhayət, ARMA-nın rəhbəri Yelena Dumaya müraciət edərək, bu problemin həlli tapılıb. Belə ki, sentyabrın 30-da ARMA-nın ofisində Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri - konsul Qalib Ağadadaşov, səfirliyin üçüncü katibi Pərviz Əsədov və Türkiyə səfirinin müavini Levent Uğurlunun iştirakı ilə görüş keçirilib.

Ukrayna baş nazirinin müavini - icmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın ARMA sorğusuna cavabı sayəsində həbs edilmiş gəmi Reni şəhərinin (Odessa vilayəti, Ukrayna) limanına, oktyabrın 4-də isə konsulluq tərəfindən yedəyə alınıb. Nümayəndələr Azərbaycan vətəndaşları ilə görüşmüLER. Daha sonar onlar Azərbaycana qayıtmaq üçün Moldova sərhədini keçiblər.

Ukraynanın Baş nazirinin müavini-icmaların və ərazilərin inkişafı naziri Aleksey Kulebanın Arma sorğusuna reaksiya nəticəsində həbs olunan gəmi Reni şəhərinin (Odessa vilayəti, Ukrayna) limanına aparılıb və oktyabrın 4-də konsulluqların nümayəndələri Azərbaycan vətəndaşlarını qarşılayıblar. Daha sonra onlar Azərbaycana qayıtmaq üçün Moldova sərhədini keçiblər.









Şərhlər

Yaz...