Tarix: 24.08.2024 / 11:21
Ukrayna diasporu Kanadaya niyə   qəzəblənib?

Ukrayna diasporu Kanadaya niyə qəzəblənib?

Ukrayna Kanada Konqresi (UCC) Torontodakı Hokkey Şöhrət Zalı tərəfindən rus xokkeyçisi Pavel Datsyukun görkəmli idmançılar sırasına daxil edilməsinə dair qərara qəzəb dolu etiraz ifadə edib. Etiraza səbəb Datsyukun Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünü dəstəklədiyi göstərilib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, UCC birbaşa Xokkey Şöhrət Zalının prezidenti Jeff Denomme yazaraq onu qərarı yenidən nəzərdən keçirməyə və daha uyğun qərar verməyə çağırıb.

Konqres qeyd edib ki, Datsyukun siyahıya daxil edilməsinə qarşı şikayətlərində onun vətəndaşlığı ümumiyyətlə qeyd olunmayıb. “Qaldırdığımız məsələ onun Rusiyanın Ukraynaya qarşı müharibəsinin iki “veteranının” “xatirəsinə” həsr olunmuş turnirdə açıq-aşkar iştirakı ilə bağlıdır”, - UCC bildirib.

Təkcə bu ilin fevralında Datsyuk Rusiyanın Novı Urenqoy şəhərində xokkey turnirində iştirak edib. Turnir qondarma “xüsusi hərbi əməliyyatın qəhrəmanları”na həsr olunmuşdu.

"Buna görə də sualımız ondan ibarətdir ki, Xokkey Şöhrət Zalı Rusiyanın Ukrayna xalqına qarşı törətdiyi soyqırımı dəstəklədiyini bildirmiş bir insana hörmət etməyi məqsədəuyğun hesab edirmi"- deyə UCC diqqətə çatdırıb.

Konqres Hokkey Şöhrət Zalına öz qərarı üçün əsaslandırılmış izahat verməyə çağırıb.

Şərhlər

Yaz...