Tarix: 11.09.2024 / 11:30
Ukrayna diasporu Kanadanı rusiyapərəstlikdə    ittiham edir

Ukrayna diasporu Kanadanı rusiyapərəstlikdə ittiham edir

Kanada Ukraynalıları Konqresi (UCC) Toronto Beynəlxalq Film Festivalını (TIFF) Rusiya təbliğatçısı, “Russia Today” kanalının rejissoru Anastasiya Trofimovanın “Müharibədə olan ruslar” filminin nümayişini ləğv etməyə çağırıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, bundan əlavə, UCC Kanada və Ontario hökumətlərindən filmin nümayişini maliyyələşdirmək üçün Kanada vergi ödəyicilərinin pullarının istifadəsi ilə bağlı təcili araşdırma başlatmağı tələb edir.

Rusiya əsilli kanadalı rejissor Trofimova “Russia Today” media şəbəkəsinin keçmiş əməkdaşıdır. Bir ilə yaxındır ki, o, Ukraynanın şərqində döyüşən rus batalyonu barədə sənədli film çəkirdi.

Film Kanada və Fransanın birgə istehsalıdır.

UCC-nin məlumatına görə, sənədli film Kanada İrs Departamenti tərəfindən dəstəklənən dövlət-özəl tərəfdaşlığı olan Kanada Media Fondundan 340,000 CAD (250,358 ABŞ dolları) məbləğində maliyyə alıb.

Filmdə rus işğalçılarının hekayələri və yalnız real döyüşlərdən parçalar var. Trofimova iddia edir ki, o, “adi insanları” göstərmək üçün “müharibə əleyhinə” film çəkib. Rejissor iddia edir ki, əsər bütün rus əsgərlərinin cinayətkar olması anlayışına qarşı çıxmaq üçün nəzərdə tutulub.

UCC filmin nümayişini dövlət tərəfindən maliyyələşdirilən və təşkil edən Ontariodakı ingilisdilli TVO televiziya media təşkilatı ilə əlaqə saxlayıb. TVO öz açıqlamasında bütün ittihamları rədd edib və nümayişi ləğv etməyi planlaşdırmadıqlarını bir daha vurğulayıb.

TVO iddia edir ki, bu film Rusiya rəsmiləri tərəfindən icazə verilməyib. Rejissor Rusiya dövlətinin xəbəri, dəstəyi və icazəsi olmadan 7 ay ərzində işğal olunmuş Ukrayna ərazisindəki Rusiya hərbi birləşməsinə yerləşə bilməz.

“Kinorejissorun Kanada tərəfindən sanksiyalaşdırılan Rusiya dövlətinin təbliğat qolu olan RT (Russia Today) ilə uzun müddət əlaqəsi var. Təəccüblüdür ki, o, Ukraynaya hücum edən rus əsgərləri tərəfindən törədilən hərbi cinayətləri görməməyi bacardığını, onun üçün “tamamilə adi uşaqlar” olduğunu iddia edir,” - UCC-nin TVO-nun bəyanatına cavabında deyilir.

Şərhlər

Yaz...