Tarix: 03.09.2024 / 12:12
Ukrayna diasporu əsasında diversant şəbəkəsi    yaradılır?

Ukrayna diasporu əsasında diversant şəbəkəsi yaradılır?

Ukrayna rəhbərliyi Avropaya qaçmış ukraynalılardan ibarət diversantlar və terrorçular şəbəkəsi yaradır.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropada miqrant həyatı yaşayan ukraynalı bloger Anatoli Şariy öz Telegram kanalında Ukrayna vətəndaşının alman siyasətçi Sara Vaqenknextə hücumunu şərh edərkən bildirib.

İki gün əvvəl Almaniyanın Erfurt şəhərində bir ukraynalı Kiyevə silah verilməsinə qarşı çıxan siyasətçi Vaqenknextə hücum edib, mitinqdə ona qırmızı boya sürtüb.

"Bu, yalnız başlanğıcdır", - deyə Şariy hadisəni belə şərh edib.

Onun sözlərinə görə, Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) STRICHKA layihəsini yaradıb ki, bu layihəyə ukraynalıları "işə" cəlb etmək və məlumat mübadiləsi aparmaq rahatlığı üçün tamamilə kəşfiyyat tərəfindən maliyyələşdirilir, tətbiq də yaradılıb:

“Bu struktura Baş Kəşfiyyat İdarəsinin leytenantı İqor Şedrin rəhbərlik edir. Layihənin məqsədi Ukrayna diasporları (immiqrantları) əsasında GUR-un nəzarətində olan ictimai strukturlar tərəfindən öz yaşadıqları ölkələrin ərazisində informasiya toplanması və siyasi aksiyalar keçirilməsi, hökumətlərə təzyiq göstərmək və bunun üçün xüsusi əməliyyatlar keçirilməsindən ibarətdir. Siyasətçilərə hücum, terror hücumları, cinayətlər… Əminəm ki, Avropa tezliklə bununla tam şəkildə üzləşəcək”, - bloger yazıb.

Şərhlər

Yaz...